anasının oğlu

bax bic-bala
anasının əmcəyini kəsən*
anasının südü ilə dolanmaq
OBASTAN VİKİ
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir. Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə. İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı. Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir.
Dağlar Oğlu (1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Eripin oğlu Drust
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Filey (Yevrisakın oğlu)
Filey — qədim yunan mifologiyasının personajı. Salamin padşahı. Yevrisakın oğlu, Eantın nəvəsi. Başqa mənbələrə görə o, Eantın oğludur və Miltiadın ulu babasıdır. Salamini afinalılara vermişdir. Onun Delfidəki heykəlini afinalılar ucaltmışdılar. Mərkəzi Vravronada məskunlaşan Filaidlər sülailəsinin eponimi, Markellin tam nəsil şəcərəsini vermişdir.
Fudrusun oğlu Drust
Fudrusun oğlu Drust və ya III Drest (v. 530) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri — 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Piktlərin xronikasına əsasən Fudrusun oğlu Drust və ya III Drest Qiromun oğlu Drust və ya IV Derstlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə əsasən onun hakimiyyəti bir ildən on beş ilədək davam etmişdir. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A. O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Göyrə oğlu Qara
Hill (Heraklın oğlu)
Hill (q.yun. Ὕλλος və ya Ὕλας ) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi, Herakl və Deyaniranın böyük oğlu olmuşdur. Hill Makariyanın qardaşı, İolun həyat yoldaşı, Kleodayın atası olmuşdur . Herakl və arvadı Deyanira öldükdən sonra oğulları Yevrisfeydən qaçaraq Traxini tərk etmiş, Afinaya sığınaraq Trikorit şəhərində məskunlaşmışdılar. Hillin öldürülməsindən 50 il sonra belə Heraklın övladları Peloponnesə hücum etməkdən çəkinmişdir. Gill Meqarada dəfn edilmişdir. Sparta filalardan birinin adı onun şərəfinə verilmişdir.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Ktesipp (Heraklın oğlu)
Ktesipp (q.yun. Κτησίππος) — yunan mifologiyasında personaj. O, Herakl və Deyaniranın, başqa bir versiyaya görə, Astidameyanın oğludur. Deifontun şəcərəsini xatırladan antik müəllif Pavsani qeyd edir ki, Heraklın oğlu Ktesipp onun ulu babası olmuşdur. Deifont Peloponnesi fəth edən dori liderlərindən biri idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Maday (Yafətin oğlu)
Maday (ivr. ‏מָדַי‏‎ [maˈdaj], yun. Μηδος [mɛːˈdos]) — İvrit Müqəddəs Kitabının Yaradılış Kitabında Nuhun 16 nəvəsindən biridir. Bibliya alimləri ümumiyyətlə Madayı, daha sonralar qeyd olunan Madaylarla eyni biliblər. İosif Flavi və ondan sonrakı yazıçılar, Midiyalıları onun nəslindən hesab edirdilər, həm Assur, həm də İbrani mənbələrində də Maday kimi tanınırdılar. Daha müasir dövrdə bəzi alimlər Mitanni, Maday (Matiene) və Manna kimi müxtəlif əvvəlki xalqlarla da əlaqə yaratmağı təklif etdilər. Jubilees Kitabına görə (10: 35-36), Maday Şem adlı bir qızıla evləndi və Qara dənizin kənarında Yafətin mirasında yaşamaqdansa, Şem nəsilləri arasında yaşamağı üstün tutdu; Beləliklə, qardaşı Elam, Aşşur və Arfaksada yalvardı ki, sonunda, onun adını daşıyan ərazi - Midiyan aldı.
Məhəmməd Soltanəhməd oğlu
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
Pers (Perseyin oğlu)
Pers (q.yun. Πέρσης) — Qədim yunan mifologiyası personajı,Perseyin və Andromedanın böyük oğlu. Atası onun Kefeyin yanında qoymuşdur. Fars çarları əhəmənilərin ulu babalarından sayılır.
Qiromun oğlu Drust
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
Qutalmış oğlu Süleyman
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — neftçi-geoloq, professor, pedaqoq, ictimai xadim, texnika elmləri doktoru (1962), Azərbaycanın Əməkdar ixtiraçısı (1964), SSRİ-nin Əməkdar ixtiraçısı (1989), AMEA-nın müxbir üzvü (1980) Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Bakıda yerləşən 132 nömrəli orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə Neft-mədən fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Seyid-Rza Mir Kərim oğlu institutda təhsil almaqla yanaşı, 1943-1946-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra təyinatla "Azneft" Birliyinin Turbin Qazma Trestinin Şərq kontoruna göndərilib. O, burada mühəndis, sahə rəisi, istehsalat-texniki şöbəsinin rəisi və baş mühəndis vəzifələrini icra edib. 1943-cü ildə həmin idarə Seyid-Rza Kərim oğlunun rəhbərliyi ilə Köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq əyrintisi olan bir quyu qazıb. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilirdi. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış "Kürkən-dəniz" yatağında istismar qazmasına rəhbərlik edib. Seyid-Rza Mir Kərim oğlu 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis kimi çalışıb.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Vətən oğlu (mahnı)
Yusif Küseyir oğlu
Yusif Küseyir oğlu — Orta əsrlərdə Naxçıvan şəhərində yaşamış nüfuzlu dövlət və din xadimlərindən biri. Onun haqqında məlumat verən ən dəqiq mənbə Naxçıvan şəhərində şərəfinə tikilmiş qəbirüstü türbədir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə hələ 2011-ci ildə "Şərq qapısı" qəzetində nəşr etdirdiyi "Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx" adlı məqaləsində Yusif Küseyir oğlu şəxsiyyəti ilə bağlı bir sıra məqamlara toxunmuşdur. Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsinin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: "Bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvaninin əməlidir" Türbənin üzərindəki digər bir kitabədə isə yazılıb: "Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur." Bu yazılar Yusif ibn Küseyir şəxsiyyəti haqqında məlumat verən ən dəqiq faktlardır. Tədqiqatçılar qeyd edirlər ki, həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında–yəni miladi təqvimlə 1162-ci ildə tikildiyini bildirir. Təbii ki, türbə qəbirüstü dəfn olunan şəxsin vəfatından sonra inşa olunub. Bu məntiqdən çıxış edərək Yusif Küseyir oğlunun təqribən XII əsrin 50-ci illərində vəfat etdiyi qənaətinə gəlmək olar. Nəzərə alsaq ki, Atabəy Şəmsəddin Eldəniz Naxçıvan vilayətini 1136-cı ildə İraq Səlcuq Sultanı Məsudun Azərbaycan canişini Çavlanın ölümündən sonra öz torpaqlarına birləşdirib, Yusif ibn Küseyirin Atabəylər dövlətində təqribən 15 ilə yaxın bir müddətdə yüksək vəzifə tutduğunu söyləmək olar. Belə bir türbənin tikilməsi Yusif Küseyir oğlunun həqiqətən də böyük nüfuz sahibi olduğunu deməyə əsas verir. Bəs Yusif Küseyir oğlu milli mənsubiyyətcə kim olub?
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsilə elmə məlum olmuşdur. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
Şeyx Cühənna oğlu
Şeyx Cühənna oğlu (?-?) — Memar. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Adı Оrdubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki minarənin üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil оlmuşdur. Hazırda həmin türbə yarımuçuq vəziyyətdə mövcud оlsa da, üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış kitabəni XIX yüzilliyin оrtalarında tədqiq edən rus şərqşünası və diplоmatı N.V.Xanıkоvun yazdığına görə оrada "Bənna Şeyx Cühənna оğlu Naxçıvaninin əməlidir" – sözləri yazılıbmış. Kitabədə tarix qalmasa da, N.V.Xanıkоv оnu yazıldığı xəttin paleоqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Ancaq memarlıq-kоnstruktiv qurluşuna və digər abidələrlə müqayisəyə əsasən türbəni XV əsrə aid etmək оlar "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 439.